Ən yaxın dostu 3 milyon avrosunu oğurladı

en-yaxin-dostu-3-milyon-avrosunu-ogurladi
Oxunma sayı: 1915

Niderlandın PSV klubunun vingeri Brumanın kart hesabından böyük məbləğdə pul götürülüb.

 “Qafqazinfo” xəbər verir ki, Qvineya-Bisau əsilli futbolçunun 3 milyon avrosunu onun ən yaxın dostu Du Qanso ələ keçirib.
 
Portuqaliya millisinin üzvü “Leyptsiq”də çıxış edərkən dostuna vəkalətlik verib. Du Qanso 2 il ərzində hesabdan pulu götürüb.
 
Fevral ayında villa almaq istəyən 25 yaşlı futbolçu vəziyyəti anlayıb və dostunu məhkəməyə verib.