Hər il fevral ayında Kanadanın Takhini istirahət mərkəzində keçirilən “Ən yaxşı kim donar?” yarışı bu il də maraqlı görüntüləri ilə yadda qalıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən yarışda iştirakçılar əvvəlcə 42 dərəcə olan suya başlarını salaraq, daha sonra mənfi 30 dərəcə olan havada bir müddət gözləyiblər. Belə olan halda saçları maraqlı formada donan bir şəxs qalib olaraq seçilib.
Ən yaxşı donan iştirakçıya 150 dollar pul mükafatı verilir.
Ülviyyə





Son xəbərlər
Son Xəbərlər