Ən yaxşı pəhrizlər açıqlandı

en-yaxsi-pehrizler-aciqlandi
Oxunma sayı: 2580

Xarici diyetoloq və digər qida mütəxəssisləri artıq çəkidən qurtulmağa və təhlükəli xəstəliklərdən qorunmağa kömək edən ən faydalı pəhrizlərin reytinqini tərtib edib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “U.S. News & World Report” yazıb.

Artıq birinci il deyil ki, siyahının birinci pilləsində “Aralıq dənizi pəhrizi” qərarlaşır. Onun əsasını tərkibində çox miqdarda sellüloz olan məhsullar (tərəvəzlər, meyvələr, paxlalı bitkilər), zeytun yağı, balıq və quş əti təşkil edir. Bununla yanaşı, ət, doymuş yağlar və şirniyyatın istifadəsi qadağan olunur.

İkinci yerə məşhur “DASH” pəhrizi layiq görülüb. Bu pəhriz daha çox hipertoniyadan əziyyət çəkənlərə məsləhət bilinir. Belə ki, bu qida rasionunda duzdan tamamilə imtina nəzərdə tutulur.

Üçüncü yer isə veqan pəhrizinin olub. Ona əsasən, qida rasionunda ətdən imtina edilməlidir. Bu məhsuldan çox nadir hallarda istifadə etmək icazə verilir.