“Ən yaxşı postmodernist yazar” Seymur Baycan oldu- - Sorğu

en-yaxsi-postmodernist-yazar-seymur-baycan-oldu-
Oxunma sayı: 2338



Artıq layihə ilə bağlı saytda postmodernist yazarların yazıları və müsahibələri dərc olunub. Layihənin ikinci ayında “Ən yaxşı postmodernist yazar kimdir?” başlıqlı sorğu yayımlanmışdı. Sorğuda Azərbaycanın məşhur postmodernist yazarlarının siyahısı təqdim olunmuşdu.

Sorğunun nəticələri isə belədir:

Seymur Baycan  (329 səs)
 
Aqşin Yenisey  (171 səs)
 
Günel Mövlud  (157 səs)
 
Kamal Abdulla  (143 səs)
 
Əli Əkbər  (117 səs)
 
Qan Turalı  (104 səs)
 
Zahir Əzəmət  (87 səs)

Bir daha xatırladaq ki, layihədə iştirak etmək istəyən gənclər [email protected] elektron poçtuna və saytın Facebook səhifəsinə yazılarını göndərə bilərlər. Şərtlərə cavab verən bütün yazılar yayımlanacaq.

“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi ilə “Qafqazinfo”nun birgə layihəsi Azərbaycan Respublikası Prezidentinin Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.