Ən yüksək balı topladılar - Fotolar

en-yuksek-bali-topladilar
Oxunma sayı: 4768

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində iyulun 30-da tarix və coğrafiya fənləri üzrə imtahanlar keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, imtahanlara ümumilikdə 3 min 63 namizəd dəvət olunub.

Coğrafiya fənni üzrə ən yüksək balı – 58 Leyla Əsgərli, tarix fənni üzrə isə Zahid Qasımov və Sadiq Rzayev - 57 bal toplayıb.

Qeyd edək ki, mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.