Ən yüksək ödənişli futbolçular - Siyahı

en-yuksek-odenisli-futbolcular
Oxunma sayı: 739

“Forbes” jurnalı 2017-ci ildə dünyanın ən yüksək ödənişli futbolçularının adlarını açıqlayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, siyahıda ilk pilləni Madrid "Real"ının hücumçusu Kriştiano Ronaldo tutub. O, 2016-2017-ci il ərzində  93 milyon dollar qazanıb. Bunun 58 milyon dolları "kral klubu"nda əmək haqqı və bonuslardan gəlir.

İkinci yerdə "Barselona"nın oyunçusu Lionel Messi gəlir. Argentinalı forvard ildə 80 milyon dollar qazanır. Bunun 53 milyon dolları klubunda əmək haqqı və bonuslardandır.

Ronaldo - 58

Messi - 53

Neymar - 37

Beyl - 34

İbrahimoviç - 32

Runi -23,6

Suares -23,3

Aquero -22,6

Xames Rodriges - 21,9

Pol Poqba -21,2