Ən zərərli səhər yeməyi açıqlandı

en-zererli-seher-yemeyi-aciqlandi
Oxunma sayı: 6125

Avstraliyalı diyetoloq Syuzi Barell səhər yeməyində bir neçə məhsulun yeyilməsinə qarşı olduğunu bildirib. “Qafqazinfo”nun məlumatına görə, onun məsləhətlərini “7news” yayımlayıb.

Mütəxəssisin sözlərinə görə, səhər yeməyində ən uğursuz seçim - pita çörəyidir. Bu un məmulatının tərkibində qanda şəkərin səviyyəsini qaldıran həddindən artıq çox karbohidrat var. Belə ki, məhsulun hər 100 qramına 60-80 qrama yaxın karbohidrat düşür.

Səhər yeməyi üçün daha bir uğursuz variant şirin xırçıldayan lopalardır. “Onların tərkibində çox az qida lifi var. Onlar insanı uzun müddət tox saxlaya bilməz”, - Barell izah edib. Xüsusilə də bu cür lopalar uşaqlar üçün zərərlidir. Onlar bu məhsulu qəbul edərək səhərlər şirin şeylər yeməyə öyrəşirlər.   

Faydalı alternativ qida olaraq, diyetoloq qranola və ya şəkərsiz lopaları məsləhət görüb. Onları bal və ya giləmeyvə ilə şirin etmək olar. Eləcə də səhər yeməyi üçün yaxşı seçimlərdən biri tosterdə bişmiş çörəyin üstündə yumurta qızartması, tərəvəz və bekon ola bilər. Sonuncunu taxıllı çörəklə yemək məsləhət görülür, belə ki, onun tərkibində çoxlu yağ var.