Endirilən sürət həddi bərpa edildi - Yenilənib

endirilen-suret-heddi-berpa-edildi
Oxunma sayı: 2244

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat-sürət tablolarında dəyişiklik edilib.

Tablolarda “sürüşkən yol” işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

***

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.