“Endrü Şofer ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviridir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyindən “Azadlıq Radiosu”nun yazılı sorğusuna cavab olaraq bildiriblər.
“Bu vəzifədə onun səlahiyyətlərinə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri funksiyalarını yerinə yetirmək və Gürcüstan-Rusiya münaqişəsi ilə bağlı beynəlxalq müzakirələrdə ABŞ nümayəndə heyətinə rəhbərlik etmək daxildir”, - səfirliyin cavabında deyilir.
“Birləşmiş Ştatlar Cənubi Qafqaz regionunun sülh, demokratik və çiçəklənən gələcəyinə yardım göstərməyə sadiq qalır”, - səfirlikdən əlavə ediblər.
Xəbəri rus dilində oxuyun: 12-летняя Нурай станцевала, чтобы выжить - Видео
Убитая следователем невеста, оказалась сотрудником полиции
Son xəbərlər
Son Xəbərlər