Cavab çox sadədir. Movida Lounge - in mətbəxi Livanlı aşpazlar tərəfindən idarə olunur. Siz burada Livan və Mərakeş mətbəxinin orijinal dadları ilə tanış ola bilərsiniz.
İçkilərə gəldikdə isə - onların daim hava ilə bağlılığını və qonaqların istəklərini nəzərə alaraq onlara xüsusi diqqət ayrılıb. İçkilərin zənginliyi yorğunluğun öhdəsindən gəlməyə kömək edir. Movida Lounge-da dadlı və təzə kofe, valehedici kokteyl, ətirli şərab və daima sərin çəllək pivəsi mövcuddur.
Bundan əlavə Şərq mədəniyyətinin əsas xüsusiyyətlərindən sayılan qəlyanı ( Shisha) ayrıca qeyd etmək vacibdir. Şişanın Bakıda geniş yayılmasına baxmayaraq buradakı qəlyanların tütünlərinin hazırlanmasında 0%-lik nikotin, ziyanverməyən dəm qazı və qətrandan istifadə olunur. Qonaqlara 28 çeşiddə tütün təklif olunur. Bundan əlavə fərdi sifarişlə yüngül qəlyan kokteyli sifariş etmək mümkündür. Bununla bərabər siz öz orijinallığı ilə seçilən şüşə qablardakı qəlyanların dadına baxa bilərsiniz. ənənəvi qəlyandan fərqli olaraq şüşə qabdakı qəlyan daha aydın və təmiz dada malikdir. Bunun sayəsində qəlyan B.Ə.Ə., Misir, Livan bə digər Şərq ölkələrində geniş yayılmışdır. Məhsulun keyfiyyətinə görə hər bir sifariş üçün sertifikat dəyərləndirilməsi mövcuddur.
Lounge terminini adətən interyer və musiqiyə aid edirlər, harada ki, rahat mühit və gərgin olmayan xoş musiqi mövcuddur. Movida Lounge bu konsepsiyaya tam riayət etməyi bacarmışdır. Buna restoranın interyerinin Şərq üslubunda olması, istəyə uyğun olaraq sakit və təklikdə olan masalar və yaxud gec saatlara qədər istirahət etmək üçün həmişə sərin yay terrası mövcuddur. Bunların hamısı etnik musiqi ritmləri altında baş verir. Musiqiyə gəldikdə isə Movida Lounge payız mövsümündən başlayaraq çıxışların proqramını yeniləyərək canlı musiqi sədaları altında oriental rəqsləri bərpa edəcək.
Movida Lounge haqqında sonsuz bəhs etmək olar. Amma bütün bu bəhs olunanları ən azı bir dəfə ora baş çəkməklə müqayisə etmək olmaz.
Restoran hər gün saat 12:00-dan gecə 03:00-dək sizin xidmətinizdədir.
Ünvan: Neftçilər pr-tı 153, Port Baku Towers
İş vaxtları: 12:00- 03:00
Masa sıfarişi üçün (012) 404 82 03 zəng edə bilərsiniz.
Son xəbərlər
Son Xəbərlər