Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəliyində Avropa Azərbaycan Cəmiyyəti (TEAS) ilə birgə əməkdaşlığı şəraitində, BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) 25-ci sessiyası çərçivəsində “Enerji keçmişdən gələcəyə – Azərbaycan obyektivdə” adlı fotosərginin aşılış mərasimi olub.
“Qafqazinfo” xəbər verir ki, sərgidə UNECE dövlətlərində tətbiq olunan və gələcək nəsillər üçün daha dayanıqlı enerjiyə nail olmaq məqsədi daşıyan innovasiyalar nümayiş etdirilib. Tədbirə UNECE Davamlı Enerji Komitəsinin üzvləri, BMT-dəki daimi nümayəndə heyətlərinin, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri də daxil olmaqla 80 nəfərdən artıq iştirakçı qatılıb.
Sərgidə Azərbaycanın Ekologiya və Milli Sərvətlər Nazirliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Avropa Azərbaycan Cəmiyyəti tərəfindən seçilib təqdim olunan fotoşəkillər sərgilənir. Sərgi üçün seçilmiş 60-dan artıq fotoşəkildə Azərbaycanın ənənəvi neft və qazdan başlayaraq alternativ və bərpaolunan enerji ehtiyyatlarına doğru keçid zamanı irəliləyişini təsvir edir. Şəkillərdə, həmçinin, Azərbaycanın təbiət mənzərələri, cəmiyəti və enerji infrastrukturunun inkişafı göstərilib.
UNECE icraçı katibi Kristian Friis Bax sərgini açıq elan edərək giriş nitqi söyləyib. O, UNECE üzv ölkələrinin daha dayanıqlı enerji gələcəyinə nail olmaq üçün göstərdiyi səyləri və xüsusilə sərgidə nümayiş olunan Azərbaycan, Almaniya, Qazaxstan və Ukraynanın həyata keçirdiyi alternativ enerji keçidini yüksək qiymətləndirib. O, qeyd edib ki, yalnız uğurlu milli təcrübənin təkrar tətbiqi və təcrübə mübadiləsi vasitəsilə ölkələr tərəfindən “2030 - Dayanıqlı İnkişaf Gündəliyi”nin həyata keçirilməsi mümkün olacaqdır.
Tədbirdə Almaniyanın BMT-dəki Daimi Nümayəndə Heyətinin İqtisadi Münasibətlər Bölməsinin rəhbəsi Dr. Uve Petri, Azərbaycan Respublikasının BMT-dəki Daimi Nümayəndə Heyətinin rəhbəri Səfir Vaqif Sadıqov, Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter, “KazEnergy” Assosiasiyasının icraçı direktoru Ramazan Zampiissov və ukraynalı deputat Valeriy Pisarenko çıxış ediblər.
Son xəbərlər
Son Xəbərlər