“Enerjili qadındır, siyasi mədəniyyəti yoxdur...” - Putin Klinton haqda

enerjili-qadindir-siyasi-medeniyyeti-yoxdur
Oxunma sayı: 776

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın keçmiş prezidentliyə namizədi Hillari Klintonun onu Adolf Hitlerlə müqayisə etməsinə şərh verib.

“Qafqazinfo” xəbər verir ki, rejissor Oliver Stounun sənədli filmində sualları cavablandıran Putin Klintonun siyasi mədəniyyətinin olmamasına işarə edib: 

“Bizim üçün bunda yeni heç nə yoxdur. Onunla şəxsən tanışıq. Enerjili qadındır. Bizim də yüksək müqayisələrimiz ola bilərdi, lakin siyasi mədəniyyətə görə bu cür ifrat ifadələrdən uzaq dururuq”.

Xatırladaq ki, 2014-cü ildə Klinton Krımda baş verən prosesləri şərh edərkən Putin ilə Hitler arasında paralellər aparmışdı.