“Enerjim yerinə gəldi, evlənirəm...”

enerjim-yerine-geldi-evlenirem
Oxunma sayı: 6986

25 yaşlı avstraliyalı müğənni və model Iggy Azalea “Schön” maqazin jurnalı üçün fotokamera qarşısına keçib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müğənni jurnala müsahibəsində sevgilisi Nick Youngla bu il evlənəcəyini açıqlayıb.

Azalea 30 yaşlı NBA ulduzu ilə evliliyindən sonra həyatında heç bir dəyişikliyin olmayacağını vurğulayıb:

“Nəhayət ki, bu il evlənəcəm. Artıq toyun nə vaxt baş tutacağını da müəyyənləşdirmişik. Gəlinliyim hazırlanır, toydan sonra səyahət edəcəyimiz ölkə seçilib. Ötən ildə yaşadıqlarımı silib atmaq istəyirəm. Mənim üçün çox pis bir il oldu. Davamlı olaraq əsəb keçirdim, ruh halım pisləşdi. Ancaq indi enerjim yerinə gəldi, evlənirəm”.