“Enmə əməliyyatı əks istiqamətdə olsa idi, qəza baş verməzdi”

enme-emeliyyati-eks-istiqametde-olsa-idi-qeza-bas-vermezdi
Oxunma sayı: 2267

“Təlim günü küləyin sürəti, hava məlumatları öyrənilib. İstintaq sənədləri də göstərir ki, həmin gün ərazidə küləyin sürəti saniyədə 16-17 metr təşkil edib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, “Qaraheybət” poliqonundakı helikopter qəzasının İstintaq qrupunun rəhbəri Sənan Paşayev deyib.

O bildirib ki, helikopter səhv axında eniş edərkən qəzaya uğrayıb:

“Sadəcə pilotlar küləyə qarşı eniş etməli idilər. Amma pilotlar küləyin axını istiqamətində enmə əməliyyatı etdikləri üçün qəza baş verib. Enmə əməliyyatı əks istiqamətdə olsa idi, qəza baş verməyəcəkdi”.

Amin Nəzərli

Həmçinin oxuyun: Helikopterin qəzadan sonrakı halı... - Video