Meksika prezidenti Enriko Penya Nesto ABŞ-la dialoq şərtlərini açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nesto televiziya ilə xalq müraciəti zamanı bildirib.
“Biz danışıqlara hazırıq, amma qarşılıqlı hörmət əsasında. Biz danışıqlardan çəkinmirik, amma heç vaxt qorxudan dialoqa getməyəcəyik”, - deyə prezident çıxışı zamanı söyləyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhədi qorumağı Milli Qvardiyaya tapşırıb. Bu isə Meksika tərəfindən kəskin etirazla qarşılanıb
Son xəbərlər
Son Xəbərlər