Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ənvər Əhməd 78 yaşında vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə yaxınları məlumat veriblər.
Qeyd edək ki, Ənvər Əhməd 1943-cü il avqustun 8-də Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.
O, müxtəlif illərdə Xankəndi Dövlət Pedaqoji İnstitutunun rektoru, Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının direktoru , Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının direktoru olub. Sonuncu iş yeri Təhsil Problemlər İnstitutunun şöbə müdiri vəzifəsi olub. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Qarabağ filialının sədri seçilib.
Filologiya üzrə fəlsəfə doktoru olan. Ə. Əhməd "Tərəqqi" medalı və "Qızıl qələm" mükafatı laureatı idi.
Son xəbərlər
Son Xəbərlər