Ənvər Seyidəliyev Musabəyli kənd sakinləri ilə görüşdü

Ənvər Seyidəliyev Musabəyli kənd sakinləri ilə görüşdü
Oxunma sayı: 1148

Bu gün Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Musabəyli kəndindən olan sakinləri qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, Qaraqoyunlu kənd mədəniyyət evinin binasında keçirilən və rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirak etdiyi görüşdə ölkədə həyata keçirilən sürətli sosial-iqtisadi inkişafdan geniş söhbət aparılmışdır. Eyni zamanda ərazidə mövcud çatışmazlıqlardan və həlli vacib problemlərdən də danışılmışdır.

Vətəndaşlar tərəfindən fevralın 5 və 6-da baş vermiş zəlzələ nəticəsində ziyan çəkmiş fərdi yaşayış evlərin bərpası, Musabəyli kənd tam orta məktəbi üçün yeni binanın inşası, modul tipli sutəmizləyici qurğunun quraşdırılması, Qaraqoyunlu kəndində uşaq musiqi məktəbinin tikintisi və digər yerli əhəmiyyətli sosial problemlərlə əlaqədar xahiş və təkliflər səsləndirilib.

Müraciət və təkliflər araşdırılaraq nəzarətə götürülməklə vətəndaşlara qanunauyğun izahatlar, həmçinin onların icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib. 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi