Əqli qüsurlu qadın linç edilərək öldürüldü - Hindistanda + Fotolar

eqli-qusurlu-qadin-linc-edilerek-olduruldu
Oxunma sayı: 994

Hindistanın Qərbi Benqal şatının Mürşüdabad bölgəsində uşaq oğurluğunda günahkar bilinən əqli qüsurlu qadın öldürülüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Otera Bibi adlı qadını yaxalayan yerli sakinlər onu linç ediblər.

Evdən qaçan qadının bir evdən qız uşağını oğurlamağa cəhd etdiyi iddia edilib. 42 yaşlı qadını hadisə yerində yaxalayan sakinlər onu traktora bağlayaraq sürüyüblər. Bununla kifayətlənməyən sakinlər qadını taxta ilə döyüblər və üzərinə daş atıblar.

Hadisə yerinə gələn polis qadını əsəbi kütlənin əlindən qurtarsa da, qadın aldığı ağır xəsarətlərdən ölüb.

Polis faktla bağlı əllərində videonun olduğunu və qadını öldürənlərin qısa zamanda cəzalandırılacağını açıqlayıb.