Əqrəb təyyarədə sərnişini sancdı

eqreb-teyyarede-sernisini-sancdi
Oxunma sayı: 812

ABŞ-ın “United Airlines” aviaşirkətinin təyyarəsində əqrəb sərnişini sancıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.

İnsident Hyustondan Kalqariyə uçan təyyarənin göyərtəsində baş verib. Belə ki, yemək zamanı yük yerindən əqrəb Riçard Bella adlı qadının üzərinə düşüb və onu sancıb.

“Tibbi heyət təyyarə eniş etdikdən sonra lazımı köməkliyi göstərib”,-deyə şirkət əməkdaşı bildirib.

Sərnişinin həyatı üçün təhlükənin olmadığı vurğulanıb.