Ər-arvad dəm qazından zəhərləndi, kişi öldü

Ər-arvad dəm qazından zəhərləndi, kişi öldü
Oxunma sayı:

Saatlı şəhər sakini dəm qazından ölüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Q. Qarayev küçəsi, ev 16 ünvanında yaşayan 43 yaşlı Həsənov Ayaz Zakir oğlu yaşadığı evin hamamında dəm qazının sızması nəticəsində boğularaq ölüb.

Onu çıxarmaq üçün hamama daxil olan 35 yaşlı arvadı Həsənova Samirə Arzu qızı isə zəhərlənib.

A. Həsənovun hamamda özünün quraşdırdığı "Yaprak" markalı su qızdırıcısından dəm qazının sızması nəticəsində öldüyü bildirilir. 

Murad Əhməd