Ər-arvadı maşın vurdu, kişi öldü…

er-arvadi-masin-vurdu-kisi-oldu
Oxunma sayı: 1561

Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza martın 2-də saat 23 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini R.Burjunov idarə etdiyi “Subaru” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Nəriman Nərimanovu və onun arvadını vurub. 

Nəticədə kişi hadisə yerində ölüb, qadın xəstəxanaya yerləşdirilib.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.