“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, yanvarın 17-də Göygöl rayon sakini Elgün Yusifov və arvadı Nuranə Səfiyeva Sabunçu rayonu, Balaxanı qəsəbəsində kirayədə yaşadıqları evdə, yanvarın 16-da Xətai rayonu ərazisində yaşayan Tərlan Mahmudova yaşadığı mənzildə dəm qazından boğularaq ölüblər.
Xəzər rayonu, Binə qəsəbə sakini Qənirə Hacıyeva, Samux rayon sakini Rasimə Quliyeva da dəm qazından zəhərləniblər. Lakin onları xəstəxanaya çatdırmaq mümkün olub.
Son xəbərlər
Son Xəbərlər