Xəbər verdiyimiz kimi, ötən gecə Nərimanov rayonunda yerləşən yataqxanada baş verən yanğında iki nəfər tüstüdən boğulub ölüb.
“Qafqazinfo”nun əməkdaşları hazırda hadisə yerindədir.
Həlak olan şəxslər Laçından məcburi köçkün düşmüş 1958-ci il təvəllüdlü Surxay Əliyev və həyat yoldaşı Elza Əliyevadır.
Yanğın onların qonşu mənzilində baş verib. Ər-arvad tüstünü hiss edib evdən qaçarkən dəhlizdə huşlarını itirib yıxılıblar. Meyitləri pilləkəndən tapılıb.
Onların övladları isə yataqxanada 1-ci mərtəbədə yaşayır.
Meyitlər hazırda morqdadır.
***
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadov hadisə yerindədir.
Murad Əhməd
Fotolar: Nuran Məmmədov