Ər arvadını baltaladı - Bakıda

er-arvadini-baltaladi-
Oxunma sayı: 4971

Paytaxtda ərlə arvad arasında mübahisə sonda birinin baltalanması ilə nəticələnib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu ərazisində baş verib.
Telnov küçəsində yaşayan 1965-ci il təvəllüdlü Yusif Ağayev evdə arvadı ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Davanın sonunda ər arvadı Gülnarəni baltalayıb. O, arvadının baldır nahiyəsindən balta ilə vuraraq kəsib. Yaralanan Gülnarə Su-tikinti xəstəxanasına yerləşdirilib.

Murad Əhməd