Ər arvadını döyərək öldürdü

er-arvadini-doyerek-oldurdu
Oxunma sayı: 2512

Oğuz rayonunda ər arvadını döyərək öldürüb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Böyük Söyüdlü kəndində baş verib.

Həmin kənd sakini, 1958-ci il təvəllüdlü Vaqif Aslan oğlu Mustaqov, həyat yoldaşı 1957-ci il təvəllüdlü Gülgəz Abdürəhman qızı Mustaqovanı döyərək ona ağır bədən xəsarətləri yetirib. Gülgəz Mustaqova aldığı ağır bədən xəsarətləri ilə Oğuz rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən Vaqif Mustaqov saxlanılıb.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda araşdırma aparılır.

Mübariz Muradov