İlkin məlumata görə, qadınla kişi arasında ailədaxili münaqişə baş verib. Münaqişənin qısqanclıq səbəbindən yarandığı deyilir.
***
Bu gecə saat 02:00-da Bakının Pirallahı rayonunda dəhşətli cinayət baş verib. Pirallahı rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, bir qadın amansızcasına öldürülüb.
Belə ki, Pirallahı rayonunda 36 yaşlı Elnarə Vəli qızı Məmmədovanın meyiti tapılıb.
İlkin ehtimala görə, qadın bıçaqla və yaxud kəsici alətlə öldürülüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər