Ər arvadını qətlə yetirdi - Ağsuda cinayət

er-arvadini-qetle-yetirdi
Oxunma sayı: 3197

Ağsuda aiilədaxili cinayət hadisə baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında Hacıqədirli kənd sakini Mahir Bəyalıyev Ağsu şəhərində kirayə yaşadığı evdə ailə münaqişəsi zamanı həyat yoldaşı Samirə Bəyalıyevanı bıçaqlayıb.

Xəsarət alan qadın köməksiz vəziyyətdə qaldığından çoxlu qan itirib. O, xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.