Abşeron rayonunda yerləşən Ər-Riyad Ticarət Mərkəzində yanğın olub.
“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, ticarət mərkəzində dükanlardan birində başlanan qəfil yanğın güclənib.
Məlumata görə, hadisə nəticəsində mağazalardan biri yanıb.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadalarının səyi nəticəsində yanğının ətraf obyektlərə keçməsinin qarşısı alınıb və mağazadakı yanğın söndürülüb.

Son xəbərlər
Son Xəbərlər