Səudiyyə Ərəbistanı krallığında ölkə ərazisində Türkiyənin hər hansı hərbi baza qurmağına icazə vermək niyyətində deyil.
“Qafqazinfo” xəbər verir ki, bu barədə dövlət agentliyi SPA rəsmi mənbəyə istinadən məlumat yayıb.
Xatırladaq ki, cümə axşamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Portuqaliya kanalına müsahibəsində Səudiyyə Ərəbistanı kralı Salmanla hərbi bazanın qurulmasının mümkünlüyünü müzakirə etdiyini bildirib. O, kralın bu təklifi nəzərdən keçirəcəyini söyləyib.
“Səudiyyə Ərəbistanı krallığı öz ərazisində Türkiyə hərbi bazasının yaradılmasına imkan verə bilməz. Krallığın buna ehtiyacı da yoxdur ”,-deyə agentliyin yaydığı məlumatda qeyd edilib.
Son xəbərlər
Son Xəbərlər