“Görüşü mediadan öyrəndik, sürpriz oldu”

gorusu-mediadan-oyrendik-surpriz-oldu
Oxunma sayı: 4490

“Ukraynada müharibənin bitməsi ilə bağlı danışıqlar Kiyevin iştirakı olmadan qeyri-realdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirilən birgə brifinqdə deyib.

Zelenski bununla yanaşı bu gün Ər-Riyadda keçirilən Rusiya-ABŞ görüşü ilə bağlı fikirlərini belə ifadə edib:

“Ər-Riyaddakı görüş bizim üçün sürpriz oldu. Biz bunu mediadan öyrəndik. Düşünürəm ki, bu, təkcə bizim üçün yox, bir çox insana sürpriz idi”.