“Ərazilərimizdə ekoloji terror bu gün də davam edir”

erazilerimizde-ekoloji-terror-bu-gun-de-davam-edir
Oxunma sayı: 1536

“Hazırda Oxçuçayın su hövzəsinin ekoloji bərpası istiqamətində təkliflər hazırlanır”.

“Qafqazinfo” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Azərbaycan Respublikasının ərazilərinə Böyük Qayıdışa dair Birinci Proqramı"na həsr olunmuş konfransda çıxış edərkən bildirib. 

Həmçinin oxuyun: “Для этого Азербайджану нужен был полководец”

“Təəssüf ki, həmin ərazilərdə ekoloji terror bu gün də davam edir. Buna nümunə olaraq, Ermənistan ərazisindən daxil olan transsərhəd çayların, xüsusilə Oxçuçayın ciddi çirklənməyə məruz qalmasını göstərmək olar. Beynəlxalq laboratoriyaların da cəlb olunduğu monitorinqlər nəticəsində Oxçuçayda ağır metallar və digər çirkləndiricilərin miqdarının normadan dəfələrlə çox olduğu qeydə alınıb”.

Nazir qeyd edib ki, məsələ ilə bağlı beynəlxalq təşkilatlara və bir sıra dövlətlərin müvafiq qurumlarına müraciət olunub.

Onun sözlərinə görə, hazırda Azərbaycan Milli Elmlər Akademiyası və digər aidiyyəti qurumların nümayəndələrindən ibarət yaradılmış İşçi Qrup tərəfindən monitorinq nəticələri təhlil edilərək Oxçuçayın su hövzəsinin ekoloji bərpası istiqamətində təkliflər hazırlanır.