Ərbil Bağdadla danışıqlara hazırdır

erbil-bagdadla-danisiqlara-hazirdir
Oxunma sayı: 915

İraq Kürd Muxtariyyəti hakimiyyəti Bağdadla atəşkəs elan etməyə və danışıqlara başlamağa hazır olduğunu bildirib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə muxtariyyətin rəsmi internet səhifəsində yerləşdirilən bəyanatda deyilir.

Məlumata əsasən, Bərzani hökumətinin təklifləri arasında Kürdüstanda atəş və hərbi əməliyyatların dayandırılması, referendumun nəticələrinin dondurulması və Bağdadla Ərbil arasında konstitusiyaya əsasən birbaşa dialoqun başlanılması yer alır.

Qeyd edək ki, sentyabrın 25-də İraq Kürd Muxtariyyəti müstəqillik üçün referendum keçirib. Rəsmi Bağdan və dünya dövlətləri referendumun nəticlərini tanımayıb.