Ərbildə hava limanı raket atəşinə tutuldu - Yaralılar var

erbilde-hava-limani-raket-atesine-tutuldu
Oxunma sayı: 2423

İraqda Ərbil hava limanının ərazisi raket atəşinə tutulub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, ABŞ-ın hərbi bazasının yerləşdiyi hava limanına azı 3 raket atılıb. Hazırda ərazidən qatı tüstü yüksəlir. Azı 3 nəfərin yaralandığı bildirilir.

Məlumata görə, raket hücumunun hədəfi ABŞ Hərbi Hava Qüvvələrinin bazası olub.