Azərbaycan Respublikasında olduğu kimi Azərbaycanla mütərək tarixə malik olan İran İslam Respublikasında da Şah İsmayılın şəxsiyyətinə böyük hörmət mövcuddur. Ərdəbildə Şah İsmayıl muzeyi, Ərdəbil şeyxlərinə aid tarixi abidələr dövlət tərəfinfən yüksək səviyyədə qorunur. Məhz bunun nəticəsi olaraq bu yaxınlarda Ərdəbil şəhərində Şah İsmayıl Xətaiyə həsr olunmuş nüfuzlu beynəlxaq tədbir keçirilib. “Qafqazinfo” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasından “İctimai Problemlərin Tədqiqi Assosiasiyası”nın (İPTA) sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Zülfüqarlı iştirak edib. Tədbirdə məruzə ilə çıxış edən tarixçi Azərbaycan Respublikasında dövlət səviyyəsində Şah İsmayıla yüksək qiymət verildiyini, 1993-cü ildə Şah İsmayıl ordenin təsis edildiyini, Bakının rayonlarından və metro stansiyalarından birinin Xətainin adını daşımasını, Respublikanın paytaxtında Şah İsmayılın möhtəşəm abidəsinmin ucaldığını və s. tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bundan başqa tarixçi son vaxtlar Şah İsmayıla qarşı olan hücumlara dövlət səviyyəsində tutarlı cavabların da verildiyini qeyd edib. Məruzəçi akademik Ramiz Mehdiyevin bir neçə dildə nəşr olunmuş "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" kitabını misal göstərək bu əsəri tarixi saxtalaşdıranlara qarşı tutarlı cavab kimi dəyərləndirib. Tədbirin sonunda Azərbaycanlı tarixçıyə xatirə medalı və hədiyyələr təqdim edilib.
Son xəbərlər
Son Xəbərlər