15 iyul qazisi, Türkiyə Baş Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin rəisi Turqut Aslan Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri vəzifəsinə gətirilib.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, vəzifə müddətində terror təşkilatları ilə mübarizə aparan Aslan Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyul 2016-cı il çevriliş cəhdinə qədər bu vəzifəni uğurla yerinə yetirib.
İyulun 15-də Jandarma Baş Komandanlığında çevriliş edənlər tərəfindən girov götürülən Turqut Aslan başından vurularaq ağır yaralanıb.
Evli və iki övladı olan T.Aslan 15 iyul tarixində milli iradə və demokratiyanı qorumaq uğrunda göstərdiyi qəhrəmanlıq mübarizəsinə görə “Şərəf” medalı ilə təltif edilib.

Son xəbərlər
Son Xəbərlər