Türkiyədə fevralın 6-sı baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 18 mini ötüb.
“Qafqazinfo” Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinə (AFAD) istinadən xəbər verir ki, ölənlərin sayı 18 342 nəfərə çatıb.
Yaralıların sayı isə 74 242 nəfərə yüksəlib.
***
Adıyamana səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdə ölənlərin sayının 18 991-ə, yaralıların sayının isə 75 523 nəfərə çatdığını açıqlayıb.
***
Zəlzələ nəticəsində həlak olanların sayı 19 mini ötüb.
Malatyada açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölü sayının 19 388-ə, yaralıların sayının isə 77 711-ə çatdığını bildirib.
***
AFAD zəlzələlərdə 19 875 nəfərin həyatını itirdiyini, 79 717 nəfərin isə yaralandığı məlumatını yayıb.
Həmçinin oxuyun: Чудо спустя 101 час ...
Son xəbərlər
Son Xəbərlər