Ərdoğan ABŞ-də Mitsotakislə görüşdü

erdogan-abs-de-mitsotakisle-gorusdu
Oxunma sayı: 2154

ABŞ-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında görüş olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, görüş NATO-nun Vaşinqtonda keçirilən dövlət və hökumət rəhbərlərinin sammiti çərçivəsində baş tutub.

Liderlər Türkiyə ilə Yunanıstan arasında ikitərəfli əlaqələr, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər. Türkiyə Prezidenti bölgədə baş verən münaqişələrin sona çatdırılması üçün səylərin artırılmasının zəruriliyini vurğulayıb.