Ərdoğan ailəsinə qarşı şok iddia

erdogan-ailesine-qarsi-sok-iddia
Oxunma sayı: 4865


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezidentin mətbuat mərkəzi yayılan iddialara sərt reaksiya verib. Yayılan açıqlamada qeyd olunur ki, Türkiyə ilə İŞİD arasında əlaqələrin olduğunu göstərmək üçün prezidentin övladlarının da adı bu ittihamlarda yer alıb. Bu ittihamlar tamamilə yanlışdır. Bu cür iftiralarla mediada məlumat yaymaq prezidentə hücum niyyəti daşıyır və ölkəmizin imicini zədələməyi məqsəd alan bir siyasətdir. “Ərdoğanın qızı və oğlunu hədəf alan və əxlaqsızcasına ictimaiyyətə çatdırılan bu iddialar Türkiyəni qaralama kampaniyasının bir hissəsidir”. 

Qeyd edək ki, sözügedən iddialarda İŞİD militanların Türkiyədə müalicə aldığı bildirilir. Qeyd edilir ki, R.T. Ərdoğanın qızı Süməyyə Ərdoğan İŞİD terroristlərini müalicə edir, oğlu Bilal Ərdoğan isə Suriyadakı terror təşkilatlarının köməkliyi oradan neft və qaz alaraq Asiya ölkələrinə gizli şəkildə satır.