Ərdoğan Azərbaycan-Ermənistan sərhəd komissiyasının iclasından danışdı

erdogan-azerbaycan-ermenistan-serhed-komissiyasinin-iclasindan-danisdi
Oxunma sayı: 1426

“Qarabağ zəfəri ilə Qafqazda artıq yeni dövr başlayıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Bu möhtəşəm zəfər ortaq coğrafiyamızda davamlı sülh və əhatəli normallaşmanın önündəki əngəlləri qaldırıb. Bu tarixi fürsətin boş yerə sərf edilməməsinin zəruriliyinə inanırıq. Azərbaycan və Ermənistanın aralarındakı məsələləri birbaşa həll etmək istiqamətində atdıqları addımlardan məmnunluq duyuruq.

Türkiyə olaraq tərəflərin sərhəd məsələlərini həll etmə, sülh sazişi imzalama, nəqliyyat dəhlizlərini açma cəhdlərini dəstəkləyirik. Bu çalışmaların müvəffəqiyyətlə başa çatması hamımızın, bütün bölgənin xeyrinədir.

Sərhəd komissiyalarının ilk iclasını 24 mayda keçirməsi və Zəngəzur dəhlizi məsələsində irəliləyiş əldə edilməsini xüsusən məmuniyyətlə qarşılayırıq. Biz də Ermənistanla əlaqələrimiz normallaşdırma prosesini səmimi şəkildə davam etdiririk”, - Prezident vurğulayıb.