Ərdoğan Azərbaycan xalqına başsağlığı verdi

erdogan-azerbaycan-xalqina-bassagligi-verdi
Oxunma sayı: 2375

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

“Ağrısını heç vaxt unutmayacağımız, kədərini hər zaman içimizdə daşıyacağımız Xocalı soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm.

Yaxşı və pis gündə bir yerdə olduğumuz qardaş Azərbaycan xalqına başsağlığı verirəm”, - deyə, Türkiyə prezidenti bildirib.