Ərdoğan Azərbaycanı belə təbrik etdi

erdogan-azerbaycani-bele-tebrik-etdi
Oxunma sayı: 4072

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün rəsmi “Twitter” səhifəsində 18 Oktyabr - Azərbaycanın Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırıb.

“Qafqazinfo” xəbər verir ki, Ərdoğan Prezident İlham Əliyevlə olan fotosunu paylaşaraq bu fikirləri qeyd edib:

 “Can qardaşımız, can dostumuz Azərbaycanın 18 Oktyabr - Müstəqillik Gününü təbrik edirəm. Bir millət, iki dövlət amalı ilə Azərbaycanı hər sahədə dəstəkləməkdə və Vətən uğrunda mübarizəsində qardaşlarımızın yanında olmaqda davam edəcəyik”.