Ərdoğan Azərbaycanla bağlı daha 2 sazişi təsdiqlədi

erdogan-azerbaycanla-bagli-daha-2-sazisi-tesdiqledi
Oxunma sayı: 2984

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış daha iki sazişi təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı müvafiq sənədlər “Resmi Qazete”də dərc edilib.

Belə ki, 2022-ci il dekabrın 22-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol” və 2023-cü il noyabrın 13-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş” qüvvəyə minib.