Ərdoğan Bakı səfərini anonsladı

erdogan-baki-seferini-anonsladi
Oxunma sayı: 1366


“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, Ərdoğanı Kısıklı qəsəbəsindəki evinin önündə tərəfdarları qarşılayıb. 

Tərəfdarları qarşısında çıxış edən Ərdoğan milli iradənin hər şeydən üstün olduğunu ifadə edib: “Dayanmaq yox, yola davam etmək lazımdır. Prezident postuna məni namizəd gördünüz. Artıq dünya gündəmini müəyənlədirən bir Türkiyə var”.

Daha sonra Türkiyənin yeni prezidenti edəcəyi səfərlərdən danışıb: “İnşallah bazar ertəsi günü Şimali Kiprə, çərşənbə axşamı isə Azərbaycana gedəcəyik. Daha sonra NATO sammitində iştirak etmək üçün İngiltərəyə gedəcəyik. BMT-nin konfranslarında iştirak edəcəyik. İstanbul isə mənim eşqim, sevdamdır. Haqqınızı hallal edin”.