Ərdoğan Bakı səfərini təxirə salmadı

erdogan-baki-seferini-texire-salmadi
Oxunma sayı: 3337

Türkiyə mediası da Ankaradakı son iki bombalı terror hücumunun Ərdoğanın Bakı səfəri öncəsi baş verməsinə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, fevralın 17-sindəki terror aktının da prezidentin Bakı səfəri öncəsi baş verməsinə diqqət çəkən yerli media sabah Azərbaycanda baş tutacaq görüşdə Avropa Birliyinin Rusiya təbii qazından asılılığını azaldacaq TANAP-ın sürətləndirilməsi istiqamətində sazişlər imzalanacağını yazıb. 

Qeyd edilir ki, sabah Azərbaycana bir günlük səfəri planlaşdırılan Ərdoğan prezident İlham Əliyevin sədrliyi ilə keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısına qatılacaq.

Türkiyənin Azərbaycandakı səfirliyi də səfərin təxirə salınması ilə bağlı hər hansı məlumat daxil olmadığını açıqlayıb. Belə ki, artıq türkiyəli jurnalistlər də bir gün əvvəldən toplantının keçiriləcəyi Bakıda gəliblər.