Ərdoğan Bakıdadır - Yenilənib

erdogan-bakidadir
Oxunma sayı: 3982

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb. 

Ərdoğan səfər çərçivəsində Bakıda keçirilən “Texnofest Azərbaycan” festivalını ziyarət edəcək.

Türkiyə Prezidentini bu səfərdə həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, təhsil naziri Mahmut Özer, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın və digərləri müşayiət edir.

***

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.