“ABŞ Prezidenti Co Baydenlə iyunda təşkil olunacaq NATO Zirvəsində görüşməyi qərarlaşdırmışıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı açıqlamalarında deyib.
“Bu məsələləri üz-üzə müzakirə edərək, yeni bir dönəmin qapılarını aralaya biləcəyimizə inanıram. Həmsöhbətimlə iki ölkə münasibətlərini zəhərləyən mövzuları bir kənara qoyaraq, artıq bundan sonrasına baxmağımızı təmin edəcək bir anlaşmaya nail olmağı ümid edirik.
Əks təqdirdə, münasibətlərimizin 24 aprel açıqlaması ilə düşdüyü yeni səviyyənin tələb etdiyi praktikaları həyata keçirməyə başlamaqdan başqa çarəmiz qalmayacaq”, - dövlət başçısı vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər