Ərdoğan Bayraktarın vəfatı ilə bağlı başsağlığı verdi

erdogan-bayraktarin-vefati-ile-bagli-bassagligi-verdi
Oxunma sayı: 2591

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Baykar” şirkətinin İdarə heyətinin sədri Özdemir Bayraktarın dünyasını dəyişməsi ilə bağlı başsağlığı verib.

“Qafqazinfo” “CNN türk”ə istinadən xəbər verir ki, Ərdoğan tviter hesabında etdiyi paylaşımda Özdemir Bayraktara Allahdan rəhmət diləyib, ailəsinə və xalqa isə başsağlığını çatdırıb.

“Millətimiz qarşısında göstərdiyi misilsiz xidmətləri heç vaxt unudulmayacaq”, - deyə dövlət başçısı əlavə edib.

Qeyd edək ki, “Baykar Teknoloji” şirkətinin texniki direktoru Selçuk Bayraktarın atası, mühəndis və sənayeçi Özdemir Bayraktar oktyabrın 18-i 72 yaşında vəfat edib.

Həmçinin oxuyun: Selçuk Bayraktarın atası dünyasını dəyişdi