Ərdoğan BƏƏ və Misirə səfər edəcək

erdogan-bee-ve-misire-sefer-edecek
Oxunma sayı: 1441

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 12-13-də Birləşmiş Ərəb Əmirliklərinə, 14-də isə Misirə səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Anadolu Agentliyi məlumat yayıb.

Türkiyə liderinin fevralın 13-də Dubayda keçiriləcək “Gələcəyin Hökumətlərinin Formalaşdırılması” Dünya Hökumətləri Sammitində fəxri qonaq qismində iştirak etməsi planlaşdırılır.