Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu

erdogan-bextiyar-vahabzadenin-seirini-oxudu
Oxunma sayı: 2999


“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, Azərbaycan-Türkiyə münasibətlərindən və Novruz bayramından danışan Türkiyə prezidenti insanlara hisslərini şeirlə çatdırıb:


"Bir ananın iki oğlu, 

bir amalın iki qolu.

O da ulu, bu da ulu,

Azərbaycan, Türkiyə


Dinimiz bir, dilimiz bir

Ayımız bir, ilimiz bir

Eşqimiz bir, yolumuz bir

Azərbaycan, Türkiyə". 

Ərdoğan həmçinin qeyd edib ki, Anadoludakı vətəndaşlar Qarabağda zülmə məruz qalan azərbaycanlı qardaşlarının acısını ürəklərində hiss edir: "Bizim üçün İzmir, Ankara, Antalya, Trabzon nədirsə Bakı, Tiflis, Batum da odur", - deyə prezident söyləyib.