“Türkiyə prezidenti Şimali Kiprin işğalını dəstəkləyir, Suriyaya soxulur. İndi bizə dastan oxumamalıdır”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri İsrailin baş naziri Binyamin Netanyahu prezident Rəcəb Tayyib Ərdoğanın çıxışına cavab olaraq deyib:
“Minlərlə türk əsgərini Şimali Kiprin işğalına dəstək üçün göndərən, Suriyaya soxulan insan indi bizə dastan söyləməməlidir. Biz özümüzü HƏMAS-ın hücumundan qoruyuruq. O insan bizə hərbi etika dərsi keçə bilməz”.
Qeyd edək ki, Ərdoğan İsraili terrorçu dövlət adlandıraraq Netanyahunun əllərində fələstinlilərin qanı olduğunu demişdi.
Nuranə
Son xəbərlər
Son Xəbərlər